Sizin reklam burada
Sizin reklam burada

"İrana qarşı hərbi əməliyyatların başlanması ilə bağlı göstəriş verilə bilər"

 "İrana qarşı hərbi əməliyyatların başlanması ilə bağlı göstəriş verilə bilər"
ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı göstəriş verə bilər.
Bu barədə "Axios" portalı ABŞ və İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Ağ Ev gəmilərin boğazdan təhlükəsiz çıxışını təmin etmək və ehtimal olunan eskalasiya riskini azaltmaq məqsədilə Hörmüz boğazında "Project Freedom" əməliyyatının başlanması barədə İranı qeyri-rəsmi şəkildə məlumatlandırıb. Eyni zamanda, "Axios" Pentaqon rəhbəri Pit Heqsetin çərşənbə axşamı etdiyi çıxışına diqqət çəkib. O, Hörmüz boğazındakı Amerika hərbi əməliyyatına baxmayaraq, İranla atəşkəs rejiminin qüvvədə qaldığını bildirib.
Bütün bunlara baxmayaraq, bəzi ABŞ və İsrail rəsmiləri hesab edirlər ki, danışıqlar prosesində yaranmış durğunluq davam edərsə, Tramp bu həftənin sonlarına doğru hərbi əməliyyatların bərpası ilə bağlı əmr verə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş