Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın məqsədi gəmiçiliyi İranın təcavüzündən qorumaqdır"

"ABŞ-ın məqsədi gəmiçiliyi İranın təcavüzündən qorumaqdır"
ABŞ hərbi qüvvələri gəmilərin Hörmüz boğazından keçirilməsi əməliyyatı zamanı İranın su və hava məkanına müdaxilə etməyəcək.
Bu barədə ABŞ hərbi naziri Pit Heqset mətbuat konfransı zamanı bəyan edib.
"ABŞ-ın məqsədi gəmiçiliyi İranın təcavüzündən qorumaqdır. Hörmüz boğazının açılması çərçivəsində ABŞ-ın İranın hava məkanına və ya sularına daxil olmasına ehtiyac olmayacaq. Biz münaqişə axtarmırıq. Onlar boğazı nəzarət altında saxladıqlarını bəyan ediblər, lakin bu, belə deyil", - o deyib.
P.Heqset eyni zamanda İranı xəbərdar edib ki, ticarət gəmilərinə hücum ediləcəyi təqdirdə "İrana kütləvi zərbə endiriləcək".

Conflict.az

  • Sosial şəbəkədə paylaş