Bu gün, bölgədə qlobal quldurların - ABŞ və İsrailin hücum kampaniyasının başlanmasından iki ay və Amerikanın rüsvayçı məğlubiyyətindən sonra Fars körfəzi və Hörmüz boğazında yeni dövr başlayır.
Bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa yazılı müraciətində deyib.
İran lideri iddia edib ki, Bəsrə körfəzi ABŞ-siz işıqlı gələcəyə sahib olacaq.
“İran Hörmüz boğazına nəzarəti özündə saxlamaqla körfəz regionunun təhlükəsizliyini təmin edəcək və düşmənlərin sui-istifadə imkanlarını aradan qaldıracaq. Boğazda yeni qaydaları və idarəetmə regionun bütün xalqlarına sabitlik və rifah gətirəcək”, - Xamenei bildirib.
Conflict.az
