
2026-cı ilin mart ayı üzrə aparılan “Özdemir Araşdırması”nın nəticələri Türkiyədə yeni siyasi müzakirələrə səbəb olub.
Sorğunun nəticələrinə görə, “CHP-nin namizədi kim olmalıdır?” sualına ən çox dəstəyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş qazanıb.
Yavaş 26,9 faiz səslə ilk sırada qərarlaşıb. Onu 21,7 faiz göstərici ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu izləyib.
Sorğuda CHP sədri Özgür Özel isə cəmi 5 faiz dəstək toplayıb. Bu nəticə partiya daxilində liderlik və namizədlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Araşdırmada diqqət çəkən digər məqam isə 36,9 faiz seçicinin qərarsız qalmasıdır. Bu göstərici müxalifətdə vahid namizəd ətrafında fikir birliyinin olmaması ilə əlaqələndirilib.
Conflict.az
