
“Artıq Ermənistan və Azərbaycanın biznes qrupları arasında görüşlər keçirilir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Noyabr ayından indiyə qədər Azərbaycan ərazisindən Ermənistana təxminən 26 min ton mal gəlib. Hazırda Ermənistandan malların ixracına da heç bir məhdudiyyət və ya maneə yoxdur”, – Paşinyan bildirib.
Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac həyata keçiriləcəyinə əmin olduğunu söyləyib:
“Tərəflər siyahıları bir-birinə ötürüblər və maraqlarını bildiriblər. Əminəm ki, məhsullar Azərbaycana ixrac olunacaq”.
Conflict.az
