Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna neft infrastrukturuna yenidən dron zərbəsi endirdi"

"Ukrayna neft infrastrukturuna yenidən dron zərbəsi endirdi"
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, bu dəfə “Lukoyl-Permnefteorqsintez” müəssisəsi vurulub.
Məlumata görə, bu, Rusiyanın ən iri neft emalı zavodlarından biridir və “Lukoyl” sistemində əsas həlqələrdən hesab olunur.
Xatırladaq ki, Ukrayna dünən də Perm yaxınlığında neft nasos stansiyasına hücum etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş