Sizin reklam burada
Sizin reklam burada

"Bu, təhlükəsizlik səbəbi ilə edilir"

"Bu, təhlükəsizlik səbəbi ilə edilir"
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin səfərini gizli saxladığımız barədə iddialar tamamilə yersizdir.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, məxfilik standartlarına əməl olunursa, bu, təhlükəsizlik səbəbi ilə edilir.
O əlavə edib ki, Ermənistan Baş nazirinin müavini Azərbaycana səfər edib və orada da eyni standartlara əməl olunub:
“Mediaya sızmalar heç vaxt istisna edilə bilməz. Azərbaycana gəldikdə isə, sızma olmayıb, Ermənistana gəldikdə isə olub".
O, bunu çox vacib hadisə kimi qiymətləndirib.
Baş nazir müavinləri arasında qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşdırılması baxımından “tarixi” adlandıran Paşinyan ölkələr arasında təbii münasibətlərin, uzunmüddətli perspektivdə isə mehriban qonşuluq münasibətlərinin qurulmalı olduğunu vurğulayıb.
Nikol Paşinyan İrəvanın Respublika Meydanında təşkil edilən rəqsin Azərbaycan Baş nazirinin müavininin səfəri ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb.
“Biz istənilən xarici qonağı mümkün qədər səmimi qarşılamalıyıq", - deyə o, yekunlaşdırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş