Sizin reklam burada
Sizin reklam burada

"Razılaşmaların icrasına nəzarət edən müfəttişlər mütləq orada olmalıdırlar"

"Razılaşmaların icrasına nəzarət edən müfəttişlər mütləq orada olmalıdırlar"
ABŞ və İran arasındakı ehtimal olunan razılaşma, prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi cəlb edilməyəcəyi təqdirdə sadəcə razılaşma illüziyasına çevriləcək.
Bu barədə qurumun baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında qeyd edib.
"Əgər hər hansı bir razılaşma əldə olunarsa, BAEA orada iştirak etməli və yoxlamalar aparmalıdır, əks halda bu, əsl müqavilə yox, sadəcə bir illüziya olacaq. Əldə edilmiş razılaşmaların icrasına nəzarət edən müfəttişlər mütləq orada olmalıdırlar", - deyə o bildirib.
Qeyd edək ki, Qrossi daha əvvəl də yoxlama mexanizmləri olmadan Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı əldə ediləcək razılaşmaların "sadəcə bir kağız parçası" olaraq qalacağını vurğulamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ