Latviya Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrova görə Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
Bu barədə “Delfi” məlumat yayıb.
Məlumata görə, Lavrovun Latviya hava məkanından Rusiya ərazisinə dron hücumları üçün istifadə edilməsinə dair iddialarına sərt etiraz edilib.
Bildirilib ki, Latviya və digər Baltikyanı ölkələr bu cür hərəkətlər üçün öz ərazilərini və ya hava məkanlarını təqdim etmir:
“Bu mövqe daha əvvəl də Rusiya diplomatlarına çatdırılmışdı. Bundan əlavə, Latviya tərəfi Rusiyanın Tomsk şəhərində siyasi repressiya qurbanlarının xatirə lövhələrinin sökülməsi ilə əlaqədar etirazını bildirib. Latviya Xarici İşlər Nazirliyi Rusiya tərəfindən izahat tələb edib”.
Qeyd edək ki, Lavrov Latviyanın Rusiyanın şimalına dron hücumları üçün hava məkanından istifadəyə icazə verdiyini iddia edib. Həmçinin Rusiyanın Tomsk vilayətində Stalin repressiyaları qurbanlarının xatirəsinə ucaldılmış “Kədər Daşı” abidəsi, eləcə də yaxınlıqdakı repressiyaya məruz qalan latışlar, litvalılar, estonlar, polyaklar və kalmıklar üçün xatirə lövhələri sökülüb.
Conflict.az
