Sizin reklam burada
Sizin reklam burada

"Vaşinqton Havanaya pulsuz internet xidmətləri təklif etdi"

"Vaşinqton Havanaya pulsuz internet xidmətləri təklif etdi"
ABŞ rəsmiləri Kuba nümayəndə heyəti ilə danışıq apararaq adanın ehtiyac duyduğu əhəmiyyətli iqtisadi və idarəetmə islahatlarını, xarici investisiyaların cəlb edilməsini və özəl sektorun böyüməsinin təmin edilməsini müzakirə edib.
Bunu “Nyus Neyşn” jurnalisti Kelli Meyer deyib.
O həmçinin bildirib ki, Vaşinqton Havanaya pulsuz “Starlink” peyk internet xidmətləri təklif edib: “Amerika tərəfi Kuba hökuməti ilə ABŞ vətəndaşlarına və korporasiyalarına əmlak və aktivlərin müsadirə edilməsinə görə kompensasiya ödənilməsini müzakirə edib”.
Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamentinin rəsmiləri diplomatik danışıqlar aparmaq üçün Kuba hökumətinin rəsmiləri ilə görüşüb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş