Sizin reklam burada
Sizin reklam burada

"Tramp Putinin yanaşmasından məyusdur"

"Tramp Putinin yanaşmasından məyusdur"
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılmasına yönəlmiş sülh danışıqlarına irrasonal yanaşmasından məyusdur.
Bunu ABŞ prezidentinə yaxın olan britaniyalı siyasətçi Naycel Fərəc bildirib.
Fərəc deyib ki, ərazi güzəştləri və Ukrayna silahlı qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı təkliflər qəbuledilməzdir.
“Putin hər həftə sübut edir ki, o, qeyri-rasionaldır, ədalətli tənzimləmə istəmir və açığı, o inanılmaz dərəcədə təhlükəli insandır”, – Fərəc jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukraynaya mənfətsiz bir müqavilə təklif olunub. Silahlı qüvvələrin sayının məhdudlaşdırılması ilə bağlı tələblər isə adətən yalnız “şərtsiz kapitulyasiya” imzalayan ölkələrə tətbiq olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş