
Sanksiyaların tətbiqi Rusiyanın neft ixracını azaldıb.
Bunu ABŞ prezidenti Donald Tramp Orta Asiya dövlət başçıları ilə görüş zamanı deyib: "Deyə bilərəm ki, Rusiyadan ixrac əhəmiyyətli dərəcədə azalıb”.
Tramp əmin edib ki, Vaşinqton Ukrayna münaqişəsinin həllini axtarır. Tramp Rusiya tərəfinə istinadən "biz inanırıq ki, nə vaxtsa onlar çox ağıllı davranacaq və bunu edəcəklər" deyib.
Oktyabr ayının sonunda ABŞ Maliyyə Nazirliyi Rosneft, Lukoyl və bu şirkətlərin 34 törəmə şirkətini yeni Amerika sanksiyaları paketinə daxil edib. Ağ Evin mətbuat katibi Kerolin Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib ki, Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə bağlı Moskvaya əhəmiyyətli təzyiq göstərəcəyini gözləyir.
Conflict.az
