
İsrail diaspor işləri naziri Amiçai Şikli Nyu York şəhərində yaşayan yəhudi icmasını İsrailə qayıtmağı düşünməyə çağırıb.
Şikli bu təklifi Zöhran Məmdaninin Nyu York şəhərinin meri seçilməsindən sonra səsləndirilib.
"Bir vaxtlar universal azadlığı simvolizə edən bir şəhər açarlarını HƏMAS tərəfdarına təhvil verib. Mən Nyu York yəhudilərini İsrail torpaqlarındakı yeni yerlərini düşünməyə çağırıram”, - deyə o bildirib.
Şikli hesab edir ki, Məmdaninin mer seçilməsi Nyu York şəhəri üçün vacib bir dönüş nöqtəsi idi.
O əlavə edib ki, Nyu York şəhəri, xüsusən də yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacaq.
Qeyd edək ki, noyabrın 5-də Məmdani seçkilərdə qalib gələrək Nyu York şəhərinin meri olub. Məmdani bu vəzifəni tutan ilk müsəlmandır.
Conflict.az
