Sizin reklam burada
Sizin reklam burada

"Cəmi bir neçə saniyə çəkdi”

"Cəmi bir neçə saniyə çəkdi”
Çexiya parlamentinin aşağı palatasının yeni seçilmiş spikeri Tomio Okamura binadan Ukrayna bayrağını endirib.
Okamura bayrağın endirilməsini əks etdirən videonu X sosial platformasında paylaşıb.
Bayrağın endirilməsi Okamuranın spiker kimi atdığı ilk addımlardan biri olub.
“Bu, müəyyən bir simvoldur. Ukrayna bayrağı mənim göstərişimlə binadan endirildi və bu, cəmi bir neçə saniyə çəkdi”, – deyə o bildirib.
Onun bu addımı Çexiya ictimaiyyətində birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Ukrayna bayrağı parlament binasında 2022-ci ildən asılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ