ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı birtərəfli sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə ABŞ liderinin bəyanatında deyilir.
“İranla münasibətlər hələ normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli razılaşmaların həyata keçirilməsi prosesi davam edir. Bu, ABŞ və İran arasında Əlcəzair Sazişlərinə aiddir. Bu sazişlər 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər xüsusən də bir-birinin daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutur”, - deyə Trampın açıqlamasında bildirilir.
Conflict.az
