
ABŞ-də davam edən şatdaun ölkənin hava məkanının tamamilə bağlanmasına səbəb ola bilər.
Bu barədə ölkənin nəqliyyat naziri Şon Daffi "CNBC" telekanalına müsahibəsində bildirib.
O, bağlanmanın risk elementi daşıdığını etiraf edib. Nazir ABŞ səlahiyyətlilərinin lazım gələrsə, uçuşları qadağan etməyə hazır olduğunu açıqlayıb.
Şon Daffi vurğualyıb ki, ölkənin təhlükəsizliyə təhdid yaranarsa, bütün hava məkanı bağlanacaq.
"İnsanların səyahət etməsinə icazə verməyəcəyik. Biz hələ orada deyilik, sadəcə olaraq əhəmiyyətli gecikmələr var", - nazir söyləyib.
Conflict.az
