Sizin reklam burada
Sizin reklam burada

"Almaniyada sığınacaq üçün heç bir səbəb yoxdur"

"Almaniyada sığınacaq üçün heç bir səbəb yoxdur"
Suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsini müzakirə etmək üçün Suriya Prezidenti Əhməd Şaranı Almaniyaya dəvət etdim.
Bu barədə Almaniya kansleri Fridrix Merz deyib.
“Bu məsələni müzakirə etmək üçün Suriya Prezidenti Əhməd Şaranı Almaniyaya dəvət etdim. Suriyadakı vətəndaş müharibəsi bitib, Almaniyada sığınacaq üçün heç bir səbəb yoxdur və buna görə də biz repatriasiyaya başlaya bilərik”, - deyə kansler bildirib.
Merz qaçqınların əksəriyyətinin Suriyaya qayıdacağını və ölkənin yenidən qurulmasında iştirak edəcəyini gözlədiyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş