Sizin reklam burada
Sizin reklam burada

"Növbədənkənar seçkilər keçiriləcək"

"Növbədənkənar seçkilər keçiriləcək"
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə baş verən etirazlar fonunda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Bu barədə “Srbija Danas” məlumat yayıb.
"Ölkəmizdə əhəmiyyətli bir azlığı təmsil edən etirazçıların tələblərinə hörmətlə yanaşaraq, onların görüşünə gedəcəyik və növbədənkənar seçkilər keçiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, Serbiyada 2024-cü ilin noyabrın 1-də “Novi Sad” dəmiryol stansiyasında 16 nəfərin ölümü ilə nəticələnən faciənin ildönümündə nümayişlər başlanıb.
Lakin nümayişlər daha əvvəl də keçirilib. May ayından bəri tələblərə ölkədə növbədənkənar seçkilərin keçirilməsi də daxil idi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş