Sizin reklam burada
Sizin reklam burada

Zaxarovanın çıxışından dolayı etiraz bildirildi

Zaxarovanın çıxışından dolayı etiraz bildirildi
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İtaliya XİN-dən məlumat verilib.
Məlumata görə, səfirə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın İtaliya ilə bağlı çıxışından dolayı etiraz bildirilib.
Qeyd edək ki, Zaxarova açıqlamasında İtaliya hökumətinin vergi ödəyicilərinin pulunu Ukraynaya mənasız xərcləməyə davam edəcəyi təqdirdə, tamamilə çökəcəyini deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş