Sizin reklam burada
Sizin reklam burada

"Karmanov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayarkən nəyi təsdiqlədiyini anlamayıb"

"Karmanov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayarkən nəyi təsdiqlədiyini anlamayıb"
Rusiyanın müxtəlif bölgələrində zehni geriliyi və psixi pozğunluğu olan şəxslərin Ukraynada gedən müharibəyə göndərilməsi halları artmaqdadır.
Sibir.Realii nəşrinin məlumatına görə, Kemerovodan olan 27 yaşlı Semyon Karmanov Ukraynada həlak olub. O, “davranış pozğunluğu ilə müşayiət olunan zehni gerilik” diaqnozu ilə III qrup əlil kimi qeydiyyatda idi.
Qohumlarının bildirdiyinə görə, Karmanov 2023-cü ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayarkən nəyi təsdiqlədiyini anlamayıb. Uşaqlıqdan ağır formada əlilliyi olan gənc nə oxumağı, nə də yazmağı bacarırdı.
Məlumata əsasən, o, 2018-ci ildə xırda bir cinayətə görə məhkum edilmişdi və cəzasının bitməsinə yarım il qalmış, gizli şəkildə cəbhəyə göndərilib. Tibbi komissiya onu “tam yararlı” sayıb. 2025-ci ilin sentyabrında ailəsinə Karmanovun başından aldığı yara nəticəsində öldüyü barədə bildiriş gəlib.
Oxşar hallar Rusiyanın digər bölgələrində də qeydə alınır. Məsələn, Perm diyarından Aleksey Vaxruşev təhdid altında müqavilə imzalamağa məcbur edilib, Saratov vilayətindən Denis Orlov isə oxumağı və yazmağı bacarmamasına baxmayaraq orduya cəlb olunub.
Rusiya qanunvericiliyinə görə, yüngül zehni geriliyi olan şəxslər “məhdud yararlı” sayılır və orduya çağırışdan azaddır. Lakin Sibir.Realii-nin yazdığına görə, praktikada belə şəxslər getdikcə daha çox “top yeminə” çevrilir və müharibə zonasına göndərilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ