
Fransa Prezidenti Emmanuel Makrona olan etimad reytinqi 11 faizə qədər enib.
Bu barədə "Le Figaro" nəşri "Verian Group" sosioloji şirkətinin sorğusuna istinadla məlumat yayıb.
“Elizye sarayının qorxduğu baş verdi — Makrona olan etimad bu ay yenidən azaldı, ən aşağı səviyyəyə çatdı və Fransua Ollandın ən pis göstəricisi ilə eyni oldu.”
Sorğu 26–28 oktyabr tarixlərində Fransanın min yetkin vətəndaşı arasında keçirilib.
Conflict.az
