Sizin reklam burada
Sizin reklam burada

"Əlavə şərtlər 6 noyabrda müəyyən ediləcək"

"Əlavə şərtlər 6 noyabrda müəyyən ediləcək"
Əfqanıstan və Pakistan sərhəddə situasiyanın nizamlanması üçün danışıqları davam etdirmək və 6 noyabrda İstanbulda yeni görüş keçirmək barədə razılığa gəliblər.
Bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.
"Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 2025-ci il oktyabrın 18-19-da Dohada razılaşdırılmış atəşkəsi gücləndirmək üçün Türkiyə və Qətərin vasitəçiliyi ilə 25-30 oktyabr tarixlərində İstanbulda görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəliblər. Əlavə şərtlərin icrası 6 noyabrda İstanbulda rəhbərlər keçiriləcək səviyyəsində görüşdə müzakirə olunacaq və müəyyən ediləcək", - deyə bəyanatda bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş