
“İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, ABŞ-la münasibətləri korlayacaq”.
Bu barədə “Vol Strit Jurnal” nəşrinin məlumatında qeyd olunub.
“İsrail Baş naziri Benyamin Netanyahu ərəb dövlətləri və ABŞ-la münasibətləri bahasına Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb-çıxmayacağı barədə düşünməlidir”, – deyə əlavə edilib.
Qeyd edək ki, sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.
Sentyabrın 22-də Fransa prezidenti Emmanuel Makron da ölkəsinin eyni addımı atdığını açıqlayıb. Belçika, Monako, Malta və Lüksemburq da bu sıraya qoşulub.
Conflict.az