
İran prezidenti Məsud Pezeşkian deyib ki, agentlik İranın nüvə proqramına münasibətini dəyişərsə, Tehran MAQATE ilə əməkdaşlığı bərpa edəcək.
İslam Respublikası Prezidentinin rəsmi saytı Pezeşkiandan sitat gətirib.
"Bu əməkdaşlığın davam etdirilməsi MAQATE-nin nüvə dosyesinə ikili münasibətini dəyişib-dəyişdirməməsindən asılıdır. İrana qarşı hər hansı təkrar təcavüz bizi peşman edəcək daha sərt cavabla qarşılaşacaq", - Pezeşkian deyib.
İran prezidenti Məsud Pezeşkian iyulun 2-də MAQATE ilə əməkdaşlığı dayandıran qanunun tətbiqi ilə bağlı fərman verib.
İran əməkdaşlığın bərpası üçün İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyini şərt kimi göstərib. Əməkdaşlığın dayandırılması İranın MAQATE-ni və agentliyin baş direktoru Rafael Qrossini ABŞ və İsrailin Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə zərbələri fonunda fəaliyyətsizliyinə görə tənqid etməsi ilə bağlıdır.
Conflict.az