
“ABŞ Prezidenti Donald Tramp Şri-Lankadan idxala 30 faiz rüsum tətbiq edən rəsmi məktubda dövlətin prezidenti Anura Kumara Dissanayakenin adını səhv yazıb”.
Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
“Ağ Evin rəhbəri Şri-Lanka prezidentinin adını “Aruna” kimi qeyd edib. 9 iyul tarixli məktubda Ağ Evin rəsmi blankında səhvə yol verilib. Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb. Bəzi istifadəçilər bunu sadə bir yazı səhvi kimi qiymətləndirib və əhəmiyyət verilməməli olduğunu qeyd ediblər. Digərləri səhvi diplomatiyada hər iki tərəf üçün narahatlığa səbəb ola biləcək yöndəmsiz bir məqam kimi dəyərləndirib”, – deyə bildirilib.
Səhv yazılmış məktub sonda silinib və yenisi Trampın “Truth Social “səhifəsində yerləşdirilib.
Conflict.az