Sizin reklam burada
Sizin reklam burada

Starmer Ukraynaya qoşun göndərməyə hazırdır

Starmer Ukraynaya qoşun göndərməyə hazırdır
“Britaniya Ukraynaya qoşun yeritmək təşəbbüsündən əl çəkməyib”.
Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.
“Böyük Britaniyanın Baş naziri Kir Starmer həmişə açıq şəkildə bəyan edib ki, o, atəşkəsin yaradılmasına kömək etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır”, – o vurğulayıb.
Nazirin sözlərinə görə, London ukraynalıların mövqelərini gücləndirmək zərurəti ilə bağlı belə bir addım ata bilər.
Qeyd edək ki, iyulun 9-da Britaniyanın “The Telegraph” qəzeti Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələrinin öz qoşunlarını Ukrayna ərazisinə göndərmək planlarını təxirə saldığını yazmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş