Sizin reklam burada
Sizin reklam burada

“Nəzarət” sözü yanlış ifadədir"

“Nəzarət” sözü yanlış ifadədir"
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib.
Nazir müavini “Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.
Nazir müavini yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş