
ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxala tətbiq etdiyi yeni 50%-lik tarifə qarşılıqlı əsasda cavab verəcəyik.
Bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ölkəsində bu yaxınlarda qəbul edilmiş və hökumətə proporsional cavab tədbirləri tətbiq etməyə imkan verən qanuna əsasən deyib.
Qeyd edək ki, Tramp ABŞ-ın avqustun 1-dən etibarən Braziliyadan idxala yeni tarif tətbiq edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu qərar digər məsələlərlə yanaşı, müttəfiqi hesab etdiyi Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun mühakimə olunması ilə bağlıdır.
Xatırladaq ki, Tramp Bolsonaronu sakit buraxmaq barədə Braziliya rəsmilərinə müraciət etmişdi.
Conflict.az