Sizin reklam burada
Sizin reklam burada

"Trampa başqa seçim qoymayıb"

"Trampa başqa seçim qoymayıb"
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı narazılığını bildirdiyi son bəyanatları Ukraynanın ABŞ liderinə sülh razılaşmasının bağlanmamasında kimin günahkar olduğunu izah etmək cəhdlərinin uğurlu olduğunu göstərir.
Bu barədə “Nyu York Tayms” qəzeti ukraynalı deputatların çıxışlarına istinadla yazıb.
Nəşrin qeyd etdiyinə görə, Rusiyanın Ukraynanın arxa cəbhə şəhərlərinə hücumlarının güclənməsi Trampa Ukraynaya dəstəyi davam etdirməkdən başqa seçim qoymayıb.
“Biz Ukraynaya daha çox silah göndərəcəyik. Biz məcburuq. Onların özlərini müdafiə etmək imkanı olmalıdır”, – Tramp son bəyanatlarından birində deyib.
Ukrayna üçün daha bir müsbət siqnal ABŞ senatoru Lindsi Qrehemin verdiyi məlumat olub. Belə ki, o, yaxın günlərdə Rusiyaya qarşı gözlənilən “cəhənnəm sanksiyaları” barədə qanun layihəsinin nəhayət Senatda müzakirəyə çıxarılacağını açıqlayıb.
Ukraynalı deputat Qalina Yançenko da müsahibəsində bildirib ki, Ukrayna Tramp administrasiyasına sübut edə bilib ki, sülh danışıqlarında irəliləyişin olmamasına görə məsuliyyət Kiyevin deyil, məhz Moskvanın üzərindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş