
İran rəsmiləri ABŞ Prezidenti Donald Trampla görüşə və ya başqa təmaslara can atmır, Tehran hazırda Vaşinqtonla danışıqların yeni mərhələsinin keçirilməsi üçün şərait görmür.
Bunu Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
"Biz danışıqlar aparırıq, danışıqlara hazırıq, lakin bu təcavüzdən sonra danışıqların yeni raundu üçün lazımi şərait yoxdur və danışıqlar, eləcə də prezident Tramp ilə görüş üçün heç bir tələb yoxdur", - İrəvani bildirib.
Conflict.az