Sizin reklam burada
Sizin reklam burada

"Girovların azad edilməsi HƏMAS-ın məğlubiyyəti üçün geniş imkanlar açır"

"Girovların azad edilməsi HƏMAS-ın məğlubiyyəti üçün geniş imkanlar açır"
İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün geniş imkanlar açır.
O, bu bəyanatı Şin Bet müəssisəsinə səfəri zamanı verib.
"Biz varlığımız üçün iki ölümcül təhlükəni aradan qaldırdıq. Bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün geniş imkanlar açıldı", - Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir:
"İnanıram ki, biz hər iki məqsədə nail olacağıq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş