Sizin reklam burada
Sizin reklam burada

"Rusiya müharibəni uzatmaq üçün hər şeyi edir"

"Rusiya müharibəni uzatmaq üçün hər şeyi edir"
Rusiya müharibəni uzatmaq və danışıqları pozmaq üçün hər şeyi edir.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb.
"Rusiya müharibəni uzadır və hələ də Moskvaya təzyiqlə deyil, sözlə təsir etməyə çalışan ölkələri aldadır. Söz verdikləri və bir həftədən artıqdır hazırladıqları “memorandum”u hələ heç kim görməyib”, - deyə o bildirib.
Qeyd edək ki, İstanbulda danışıqların birinci raundunun yekunlaşmasından sonra Rusiya atəşkəslə bağlı memorandum hazırladığını açıqlayıb. Kreml nümayəndələrinin fikrincə, sənəd gələcək sülh müqaviləsi üçün əsas ola bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş