Sizin reklam burada
Sizin reklam burada

"Tənəzzül ehtimalı hələ də qalmaqdadır"

"Tənəzzül ehtimalı hələ də qalmaqdadır"
ABŞ-ın 2025-ci ilin birinci rübündə ümumi daxili məhsulu son üç ildə ilk dəfə olaraq 0,3% azalıb.
Bu barədə “Kommersant” ölkənin Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun ilkin hesablamalarına istinadən yazır.
Nəşr qeyd edib ki, bu rəqəm qismən istehlak xərclərinin artımının yavaşlaması ilə izah olunur. Lakin Amerika iqtisadiyyatının real daralmasının əsas səbəblərindən biri idxalın artması idi: yanvar-mart aylarında ABŞ-a mal tədarükləri illik müqayisədə 50,9% artıb. Şirkətlər ABŞ prezidenti Donald Trampın planlarının həyata keçirilməsi ərəfəsində idxal olunan məhsulların alışını aktiv şəkildə artırırlar.
Ekspertlər hesab edirlər ki, ABŞ iqtisadiyyatı idxal artımının yavaşlaması səbəbindən ikinci rübdə bərpa olunacaq, lakin tənəzzül ehtimalı hələ də qalmaqdadır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş