Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna qoşunlarını dörd regiondan çıxarsa, münaqişə başa çatacaq”

"Ukrayna qoşunlarını dörd regiondan çıxarsa, münaqişə başa çatacaq”
Ukraynada sülhün əldə olunması üçün Ukrayna qoşunlarının Rusiyanın tərkibinə daxil olan Donbas və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılması zəruridir.
Bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər Ukrayna öz qoşunlarını bu dörd regiondan - Donetsk, Luqansk, Zaporojye və Xersonda çıxarsa, münaqişə başa çatacaq”, - o bildirib.
Peskov qeyd edib ki, bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit olunub:
“Hazırda bu rayonların bəzi əraziləri hələ də Kiyev rejimi tərəfindən işğal olunub. Referendumlar nəticəsində bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də de-fakto vəziyyətdir”.
Qeyd edək ki, Krım və sözügedən 4 vilayət Ukraynanın beynəlxalq hüquqla tanınan sərhədlərinə daxildir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş