Sizin reklam burada
Sizin reklam burada

"Məlumatların sızması qalmaqala səbəb oldu”

"Məlumatların sızması qalmaqala səbəb oldu”
Pentaqon rəhbəri Pit Heqset özəl “Signal” söhbəti vasitəsilə Yəməndəki hərbi əməliyyatlar haqqında məxfi məlumatları paylaşıb.
Bu barədə "New York Times" öz mənbələrinə istinadla məlumat yayıb.
Martın 15-də Heqset söhbət otağında Yəməndə Husi mövqelərinə zərbələr endirən "F/A-18 Hornets" təyyarələrinin uçuş cədvəlini açıqlayıb. Söhbətdə həyat yoldaşı Cennifer, qardaşı Fil və vəkil Tim Parlatore ilə yanaşı onun yaxın çevrəsindən 10-a yaxın adam, o cümlədən iki vəzifəli şəxs iştirak edib. "Müdafiə | "Komanda görüşü" adlı söhbət Heqsetin şəxsi telefonu vasitəsilə aparılıb.
“Çatdakı müzakirələr təşkilati məsələlərə aid idi, lakin məlumatların sızması qalmaqala səbəb oldu”, - nəşr qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş