Sizin reklam burada
Sizin reklam burada

"ABŞ ilə dəfələrlə bu barədə danışmışıq"

"ABŞ ilə dəfələrlə bu barədə danışmışıq"
Ukrayna çinli hərbi əsirləri yalnız Rusiyada saxlanılan ukraynalı əsirlərlə dəyişəcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, artıq bu barədə qarşı tərəfə məlumat verdiklərini də bildirib.
Bundan başqa, Ukraynanın müharibəni davam etdirə bilməsi üçün daha çox “Patriot” sisteminə ehtiyacı olduğunu deyən Ukrayna Prezidenti ABŞ-dan böyük silah paketi almağa hazır olduğunu diqqətə çatdırıb.
“Ukraynanın ən az 10 sistemə daha ehtiyacı var. Rusiyanın ballistik raketlərinə qarşı kifayət qədər effektiv olanından. Düşünürəm ki, “Patriot” bunun öhdəsindən hamısından yaxşı gəlir.
Biz ABŞ ilə dəfələrlə bu barədə danışmışıq, eləcə də Avropa ilə, kömək etməyə qadir hər kəslə. Bunun həll olunacağına ümid edirik”, – Zelenski bildirib.
Ukrayna lideri Vladimir Putinin xüsusi nümayəndəsi Dmitriyevin Rusiyada yeraltı sərvətlərlə bağlı ABŞ ilə danışıqlar apardığını deyib. Onun sözlərinə görə, Dmitriyev bu maraqların inkişafı üçün Yaxın Şərq və ABŞ-dakı əlaqələrindən istifadə edir.
Bundan başqa, o, bildirib ki, Dmitriyev Rusiyanın sanksiyalardan azad edilməsi və eləcə də Avropada dondurulmuş aktivlərinin bərpası üçün “yalan vədlər” verməyə davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş