Sizin reklam burada
Sizin reklam burada

"AB dialoqa açıqdır"

"AB dialoqa açıqdır"
Avropa Birliyi Brüssellə Vaşinqton arasında gərginləşən ticarət münasibətlərini yumşaltmaq üçün ABŞ-a sənaye məhsulları üzrə bütün gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdə tutan razılaşma təklif edib.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rüsum qərarlarına baxmayaraq, AB dialoqa açıqdır.
O bildirib ki, xüsusilə avtomobil sahəsində azad ticarət məsələsi bir neçə dəfə gündəmə gəlib, lakin hələ də adekvat cavab verilməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş