Sizin reklam burada
Sizin reklam burada

"Makronun istefası tələb edilir"

"Makronun istefası tələb edilir"
Parisdə "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni dəstəkləmək üçün mitinq keçirilir. Siyasətçiyə hakimiyyət orqanlarına seçilmək qadağan edilib.
"RİA Novosti" xəbər verir ki, Voban meydanındakı mitinqdə hər yaşda olan insanlar iştirak edirlər.
Bəzi mitinqçilər Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Le Pen təhlükəsizlik qüvvələrinin müşayiəti ilə avtomobildə mitinqə gəlib. Partiyanın rəhbəri Jordan Bardella Le Penə qarşı məhkəmə qərarını demokratiyaya birbaşa hücum və milyonlarla vətənpərvər fransıza vurulan zərbə kimi qiymətləndirib.
Xatırladaq ki, 31 mart tarixində məhkəmə Le Peni parlament köməkçiləri işində günahkar hesab edib. Ona 4 il həbs cəzası verilib və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş