Sizin reklam burada
Sizin reklam burada

"Çərşənbə axşamı prezident Putinlə danışacağam"

"Çərşənbə axşamı prezident Putinlə danışacağam"
ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.
Bu barədə ABŞ prezidenti Ağ Evin mətbuat xidmətinə bildirib.
"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə D.Tramp bildirib.
D.Tramp qeyd edib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ