Sizin reklam burada
Sizin reklam burada

"5-ci maddə Şimali Atlantika Alyansının əsasını təşkil edir"

 "5-ci maddə Şimali Atlantika Alyansının əsasını təşkil edir"
Polşa prezidenti xatırladıb ki, 5-ci maddəyə uyğun olaraq yardım haqda yeganə tələbi məhz ABŞ edib...
Polşa prezidenti Anjey Duda xatırladıb ki, NATO-nun 5-ci maddəsindən yalnız ABŞ terrorçuların hücumuna məruz qaldıqda müttəfiqlərini köməyə çağırdığı zaman istifadə olunub.
Bu barədə "BBC" məlumat yayıb.
“5-ci maddədən yalnız ABŞ terrorçuların hücumuna məruz qaldıqd öz müttəfiqlərini köməyə çağırdıqda istifadə olunub.
Müttəfiqlərimiz isə ABŞ-ı dəstəkləmək üçün bizimlə birlikdə dayandılar və əsgərlərimiz Əfqanıstanda Amerika əsgərləri ilə çiyin-çiyinə vuruşdu və öldü”.
Polşa Prezidenti vurğulayıb ki, 5-ci maddə Şimali Atlantika Alyansının əsasını təşkil edir. Onun fikrincə, 5-ci maddəyə əməl edilməsəydi, NATO-nun indiki formada mövcudluğunun mənası olmazdı.
“Əgər kimsə məndən soruşsa ki, Polşa əsgərləri özləri, yaxud Polşa Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Polşa Prezidenti kimi mən, NATO ölkələrindən birinin hücuma məruz qaldığı bir vəziyyətdə polşalı əsgərlərin köməyə getməsinin tərəfdarı olarsınızmı, təbii ki, “hə” deyərdim”, - deyə Duda yekunlaşdırıb.
Xatırladaq ki, Şimali Atlantika Alyansının 5-ci maddə kimi tanınan əsas prinsipində deyilir ki, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş