Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-nin yeni administrasiyası çoxqütblülük siyasətini davam etdirməyə açıq deyil"

"ABŞ-nin yeni administrasiyası çoxqütblülük siyasətini davam etdirməyə açıq deyil"
ABŞ Prezidenti Donald Trampın addımları qlobal iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir.
Bu fikirləri Avropa Mərkəzi Bankının sədr müavini Luis de Qindos Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.
"Biz qeyri-müəyyənlik səviyyəsinin indi nə qədər yüksək olduğunu nəzərə almalıyıq. Bu, hətta pandemiya dövründəkindən daha yüksəkdir", - o deyib.
"Biz görürük ki, ABŞ-nin yeni administrasiyası ümumi problemlərin həlli üçün yurisdiksiyalar arasında əməkdaşlığı nəzərdə tutan çoxqütblülük siyasətini davam etdirməyə o qədər də açıq deyil. Bu, çox mühüm dəyişiklik və böyük qeyri-müəyyənlik mənbəyidir", - Luis de Qindos vurğulayıb.
Bununla yanaşı, de Qindos bazarın qısamüddətli volatilliyini uzunmüddətli tendensiyalardan fərqləndirməyin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hətta yüksək qeyri-müəyyənliyi nəzərə alsaq belə, AMB-nin uzunmüddətli perspektivdə Avropada inflyasiyanın iki faiz səviyyəsinə endirilməsi hədəfi tamamilə həyata keçirilə bilər.
"Real əmək haqqı artıb, inflyasiya aşağı düşür, faiz dərəcələri düşür və maliyyələşdirmə şərtləri yaxşılaşır. Lakin fakt odur ki, istehlak artmır", - iqtisadçı qeyd edib. "Səbəb istehlakçıların gəlir səviyyələrindəki qısamüddətli dəyişikliklərə heç də həmişə reaksiya verməməsidir. Onlar həm də orta müddətli ticarət müharibəsi və ya böyük bir geopolitik münaqişə ilə bağlı iqtisadiyyata nə baş verə biləcəyinə diqqət yetirirlər”, - o vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ