arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etmirlər"

"Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etmirlər"
Avropa İttifaqının yeni 16-cı sanksiyalar paketi çərçivəsində daha 11 Rusiya bankı və iki bank olmayan kredit təşkilatı üçün SWIFT-ə giriş qadağası martın 17-dən qüvvəyə minir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
SWIFT-dən ayrılacaq bankların siyahısına "Ak Bars", "Uralsib Bank", "Bank Tochka", "Milli Ehtiyat Bankı", "Roseximbank" , "Bank Sinara" və başqaları daxildir.
“Bank Tochka”nın mənbəyə verdiyi məlumata görə, SWIFT ilə əlaqənin kəsilməsi bankın fəaliyyətinə təsir etməyəcək.
Bu yaxınlarda Aİ-nin xarici siyasət rəhbəri Anitta Hipper bildirmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etməyiblər.
Martın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Rusiyaya qarşı bütün sanksiya məhdudiyyətləri qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda, Kreml nümayəndəsi Rusiyanın “sanksiyalara mükəmməl uyğunlaşdığını” vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ