Sizin reklam burada
Sizin reklam burada

Tramp administrasiyasının məqsədi Çinin Panama kanalı üzərində təsirini azaltmaqdır

Tramp administrasiyasının məqsədi Çinin Panama kanalı üzərində təsirini azaltmaqdır
Amerika ordusu Prezident Donald Tramp administrasiyasının göstərişi ilə Panamada ABŞ hərbi mövcudluğunu genişləndirmək üçün bir neçə variant, o cümlədən Panama kanalının ələ keçirilməsi əməliyyatı hazırlayıb.
Bu barədə “NBC Nyus” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Cənub Komandanlığı fəaliyyət variantları üzərində işləyir. Onların arasında həm Panama ilə hərbi əməkdaşlığın genişləndirilməsi, həm də daha az ehtimal olunan Atlantik və Sakit okean arasında kanalın zorla ələ keçirilməsi ssenarisi var.
Hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi idarələr arasında ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır.
Mənbələr Tramp administrasiyasının məqsədinin Çinin Panama kanalı administrasiyası üzərində təsirini azaltmaq olduğunu bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş