Sizin reklam burada
Sizin reklam burada

"Qrenlandiya beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün vacibdir"

"Qrenlandiya beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün vacibdir"
Düşünürəm ki, Qrenlandiyanın ilhaqı baş verəcək. Biz bu məsələdə razılığa gəlməli olacağıq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp martın 13-də Ağ Evin Oval kabinetində NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə bildirib.
Tramp hərbi ssenarinin nəzərdən keçirilib-keçirilmədiyini açıqlamayıb, lakin Qrenlandiya ilə bağlı razılığın əldə olunmasının vacibliyini vurğulayıb.
O, həmçinin əlavə edib ki, Qrenlandiya beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün vacibdir:
"Əvvəllər bu barədə düşünməmişdim, lakin mən bunu böyük təsir gücünə malik biri ilə müzakirə edirəm. Mark, bu, təhlükəsizlik məsələsidir. Sahildə səyahət edən bəzi “sevimlilərimiz” var və diqqətli olmalıyıq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş