
Biz sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğumuzu bildirdik. Azərbaycanın öz ideyaları, öz sualları var. Qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bu məsələlər sülh sazişinin mətnində öz əksini tapıb və biz bundan sonra mövqelərimizi aydınlaşdırmağa çalışacağıq.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində deyib.
O, Ermənistanın Azərbaycanla Konstitusiyaya dəyişikliklə bağlı müzakirələr aparıb-aparmaması ilə bağlı sualı da cavablandırıb:
“Xeyr. Belə bir müzakirə yoxdur. Konstitusiya Məhkəməsinin ötənilki qərarından sonra məlum olur ki, ER Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları var. İkincisi, biz hesab edirik ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları mövcuddur.
Lakin bütün bu mümkün qavrayışlarla indi yeni bir reallıq var. Bu, sülh sazişinin razılaşdırılmış mətninin mövcudluğudur. Bu mətn bütün bu problemləri həll edir. Çalışacağıq ki, qarşıdakı müzakirələrdə bu məsələ ilə bağlı Azərbaycanla danışaq və onların mövqeyinin məntiqinin nədən ibarət olduğunu görək. Sülh müqaviləsinin ən azı üç maddəsi bu məsələlərə toxunur və onlar öz həllini tapıb. Əgər biz bu məsələni müzakirə etsək, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması və nə üçün sülh sazişinin mətninin bu məsələni həll etdiyinə inandığımızı da müzakirə edəcəyik”.
Jurnalistlərin, “Yəni siz Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin hələ müzakirə olunmadığınımı nəzərdə tutursunuz” - sualına cavab olaraq Paşinyan qeyd edib:
“Onlar öz mövqeyini bildirdilər, biz də dedik ki, biz daxili məsələlərimizi müzakirə etmirik”.
Conflict.az