Sizin reklam burada
Sizin reklam burada

"Əməl etmədiyinizi bildiyimiz halda nəyi müzakirə edək?"

"Əməl etmədiyinizi bildiyimiz halda nəyi müzakirə edək?"
İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ona danışıqlar üçün məktub yazmasına münasibət bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.
"Amerika prezidentinin İranla danışıqlara hazır olduğunu deməsi və danışıqlara çağırması dünyanın ictimai rəyini çaşdırmaqdır. Bununla onlar demək istəyirlər ki, biz danışıqlar aparırıq və sülh bağlamaq istəyirik, lakin İran buna hazır deyil", - deyə Xamenei deyib.
Ali rəhbər keçmişdə baş verənləri xatırladıb:
"İran niyə danışıqlara hazır deyil? Özünüzə gəlin! Neçə il oturub danışdıq, həmin şəxs imzalanmış danışıqları masanın üstündən cırıb atdı. Sizin əməl etmədiyinizi bildiyimiz halda nəyi müzakirə edək?".
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşın artıq Tehranda olduğu və onun Trampın Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçıya təqdim etdiyi bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş