
Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək", - o bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə, ev sahibliyi daxil olmaqla, bütün mümkün dəstəyi verməyə hazırdır.
Conflict.az