Sizin reklam burada
Sizin reklam burada

"Avropa liderləri NATO-nun 5-ci maddəsinin Ukraynaya da şamil edilməsini müzakirə edirlər"

"Avropa liderləri NATO-nun 5-ci maddəsinin Ukraynaya da şamil edilməsini müzakirə edirlər"
Aİ-nin 27 ölkəsindən 26-nın liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə Brüsseldə keçirilən fövqəladə sammit iştirakçılarının yekun bəyanatında deyilir.
Sənəddə deyilir: “Hərtərəfli, ədalətli və davamlı sülhə dair danışıqların işığında Aİ və onun üzv dövlətləri beynəlxalq hüquqa uyğun olaraq, öz səlahiyyətləri və imkanları əsasında təhlükəsizlik təminatlarına töhfə verməyə davam etməyə hazırdırlar”.
Aİ ölkələrinin liderləri dünən yekun bəyanat qəbul ediblər Sənədə əsasən, Avropa bütün tərəfdən təhlükəsizlik çağırışlarına avtonom şəkildə cavab verməlidir. Sammit iştirakçıları həmçinin Avropa Komissiyasına icma səviyyəsində müdafiənin maliyyələşdirilməsi üçün əlavə mənbələr təklif etməyi tapşırıblar.
Xatırladaq ki, İtaliyanın baş naziri Giorgia Meloni AB-nin fövqəladə sammitindən sonra bildirib ki, Avropa liderləri NATO-nun 5-ci maddəsinin Ukraynaya da şamil edilməsini müzakirə edirlər. Bu o deməkdir ki, alyans ölkələrindən birinə silahlı hücum bütün bloka hücum kimi qiymətləndiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ