Sizin reklam burada
Sizin reklam burada

"Administrasiya müttəfiqlərinə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azalda biləcəyi siqnalını verib"

"Administrasiya müttəfiqlərinə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azalda biləcəyi siqnalını verib"
Donald Tramp ABŞ-ın NATO-da iştirak formatını dəyişdirməyi, o cümlədən hücum zamanı müttəfiqlərin məcburi müdafiəsindən imtina etməyi düşünür.
Bu barədə “NBC Nyus” rəsmi mənbələrə istinadla məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Tramp öz köməkçiləri ilə ABŞ-ın NATO-da iştirakını ÜDM-in müəyyən faizini müdafiəyə xərcləyən alyans üzvlərinin xeyrinə tənzimləmək imkanını müzakirə edib.
Tramp həmçinin ABŞ-a ÜDM-in müəyyən faizini müdafiəyə sərf edən NATO ölkələri ilə hərbi təlimlərə üstünlük verəcək siyasət dəyişikliyini nəzərdən keçirir. Onun administrasiyası artıq Avropa müttəfiqlərinə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azalda biləcəyinə dair siqnal verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ