
ABŞ administrasiyası nüvəsizləşdirmə məsələsini Rusiya və Çinlə müzakirə etmək istərdi.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, ilk prezidentlik dövründə bu məsələni Moskva və Pekinlə artıq müzakirə edib və bu cür məsləhətləşmələri bərpa etməyi planlaşdırır:
"Hər kəs nüvə silahından qurtulsaydı, əla olardı. Hazırda ən çox Rusiya və bizdədir. Dörd-beş ildən sonra Çin də eyni rəqəmə sahib olacaq və hamımız nüvə silahından qurtula bilsək, əla olardı, çünki nüvə silahının gücü sadəcə dəlilikdir. Bu, ağılsızlıqdır".
Conflict.az